تبلیغات
به زبانی دیگر
...:: بسم الله الرحمن الرحیم ::...
جمعه 3 اسفند 1386

SEVGI MESAJLAR

جمعه 3 اسفند 1386

نوع مطلب :موبایل، 
نویسنده :altshift

SEVGI MESAJLAR

.

1. Sənə bu mesajı deyil ürəyimi yollamaq istərdim, telefonu deyil əlimi tutmanı istərdim, mesaja deyil gözlərimə baxıb səni sevirəm deməni istərdim.

2. Bu mesajı oxudunsa mənə heyransan. Vecinə deyilsə məni sevirsən. Cavab versən mənsiz yaşaya bilmirsən. Cavab verməsən mənə vurğunsan. Görək indi nə edəcəksən?

3. Dünyada bir çox insan var. Bəzisi duyğulu bəzisi duyğusuz, bəzisi qorxulu bəzisi qorxusuz. Bəzisi ağlayıb bəzisi gülür amma gözəlliklərə və xoşbəxtliyə layiq olan bir insan var o da indi mesajımı oxuyur.

4. I love your eyes cünki onlar very nice, bir anlıq look at me ondan sonra dont forget me, qəlbim tic tac for you because i love you!

5. Eşqim yatağın, sevgim yorğanın, ürəyim yastığın olsun şirin yuxular birdənəm.

6. Sənin üçün uzaqdan sevməyi, baxmadan görməyi, toxunmadan hiss etməyi, eşitmədən dinləməyi, göz yaşlarımla gülməyi və qovuşmaq üçün səbr etməyi öyrəndim ancaq sənsizliyi əsla!

7. I love your eyes cünki onlar very nice, bir anlıq look at me ondan sonra dont forget me, qəlbim tic tac for you because i love you!

8. Axtardığım nə varsa bil ki, səndə tapmışam. Səndən əvvəl yox idim səninlə var olmuşam. Səndədir bütün hicran, ümidlər. Məni məndə axtarma mən artıq sən olmuşam!

9. Çoxdur sənə sözlərim, ağlıma gəldikcə söyləyirəm, bu fani dünyada gülüm mən sənsiz neyləyim?

10. Yağışı sevirəm deyirsən yağış yağanda çətirini açırsan, günəşi sevirəm deyirsən günəş çıxanda pərdəni qapadırsan, küləyi sevirəm deyirsən əsəndə pəncərəni örtürsən və mən də bundan qorxuram! Çünki məni də Sevdiyini söyləyirsən!

11. Darıxdığın sənin üçün darıxırsa darıxmaq gözəldir. Dönəcəksə gözlədiyini gözləmək gözəldir. Sevirsə sevdiyin bax elə bu hər şeyə bərabərdir.

12. Sənə minlərcə gül vermək istərdim amma güllər solar, sənə ömrümü vermək istərdim amma bir gün öləcəyəm, sənə sadəcə sevgimi verirəm ki, o əbədiyyən yaşayacaq!

13. Məni oda at bədənim yansın, sadəcə qəlbimə dəymə, çünki onun içində sən varsan.

14. Dünyada hər şey özünə bir yoldaş axtarar, daşın qəlbi yoxdur amma onu da yosun sarar.

15. Sənin olan hər şeyi, hətta sənsizliyi belə səni xatırlatdığı üçün sevirəm!

16. Səni ulduzlara oxşadıram, onlar qədər parlaq, cəlb edici və gözəlsən amma aranızda tək bir fərq var; onlar milyonlarla sən isə bir dənəsən!

17. Bu gün də sabah da ürəyin qədər yaxınındayam, özünü tənha hiss etdiyində əlini ürəyinə qoy mən həmişə oradayam.

18. Cavanların deyiminə görə əyləncə gedər, yaşlıların deyiminə görə cavanlıq gedər, uşaqların deyimiylə dünyalar gedər, mənim deyimimə görə CANIM qədər sevirəm səni!

19. Zənn etmə ki, yerin dolacaq, səndən başqa biri mənlə olacaq. Nə mənə sənin kimi bir sevgili nə də səni mənim kimi sevən tapılacaq.

20. Güllərin hamısı gözəldir amma sənin qədər deyil. Səni hər kəs sevər amma mənim qədər deyil!

21. Hər eşqin göy üzündə bir mələyi varmış. Yer üzündə tükənən hər eşq üçün göy üzündə bir mələk ağlarmış. İnan ki, bizim mələyimiz heç ağlamayacaq.